Tanınmış müğənninin qardaşı dənizdə batdı
31.07.2015 609 0.0 0

Azərbaycanda tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb.

Bu barədə  müğənni Tacir Şahmalıoğlu özü məlumat verib.

Müğənni bildirib ki, onun qardaşı 37 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyinə dostları ilə birlikdə gedib: "Mahir Novxanı çimərliyində üzərkən batıb. Dostları da ona kömək edə bilməyib".

Tacir Şahmalıoğlu bildirdi ki, Mahir Allahverdiyevin 2 azyaşlı övladı var: "Qızının 3, oğlunun isə 1 yaşı var. Mahir mənim ən kiçik qardaşımdı".

Müğənninin sözlərinə görə, hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Mahir Allahverdiyev tapmaq hələlik mümkün olmayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar