Tanınmış müğənnini hava limanında döydülər (VİDEO, FOTO)
05.09.2015 1233 0.0 0

Rusiyalı müğənni İrina Dubtsova hava limanında döyülüb. Məlumata görə, hadisə Yamalo-Nenetskova şəhərinin aeroportunda səhər saatlarında baş verib. 

Dubtsova açıqlamasında, qəzəbli biznesmen qızı tərəfindən döyüldüyünü deyib: "Biz təyyarədən çıxdıq və VİP sərnişinləri daşıyan eyni avtomobilə oturduq. Digər sərnişinləri bir neçə dəqiqə gözləməli idik və Yeni Urenqoya 37.9 dərəcə temperaturlu şəhərdən gəldiyimdə nəzakətlə yol yoldaşımdan avtomobilin qapısını bağlamasını xahiş etdim. Qarşılığında mənə ədəbsizlik göstərdi. Mən kobud qıza cavab vermək istəmədim. Biz hava limanının binasına daxil olan kimi, qız geri çevrildi və məni vurdu. Əlbəttə ki, polis çağırdım və şikayət ərizəsi yazdım". 

Dubtsova zərbənin nəticəsində burnunun qızardığını, lakin gözlənilən konsertini təxirə salmadığını deyir.

Sənətçinin mətbuat katibi Yuliya açıqlamasında bildirib ki, hücum edən Darya Andreyeva adlı qız "Qazprom" şirkətinin yüksək çinli menecerinin qızıdır: "Bu artıq İrinanın qastrol səfərinə uçduğu Yeni Urenqoy hava limanında başlamışdı. Gənc bir qız ona yaxınlaşıb və yumruqla üzünə zərbə endirdi. İrina ona eyni hərəkətlə cavab verməyib. Düşünürəm ki, hadisə yerindəcə polisə şikayət edilib. Qızın bu hərəkətinin səbəbi hələ bizə məlum deyi. İrina bu barədə mənə telefonla xəbər verdi və konsertdə çıxış etmək üçün Qubkinski şəhərinə yola düşdü. Çünki artıq bu çıxış planlaşdırılmışdı".

"Onun adı Darya Andreyevadır. İnternetdə axtarış verdim və bu qızın Yamalo-Nenetskova muxtar vilayətində fəaliyyət göstərən "Qazprom dobıça Yamburq" şirkətinin baş direktorunun qızı olduğunu öyrəndim".

İrina Dubtsovanın döyülməsi və insident barədə ətraflı məlumat yenə veriləcək. 

Dubtsovanın mətbuat katibinin adını hallandırdığı "Qazprom dobıça Yamburq" şirkətinin baş direktorunun adı Oleq Andreyevadır. O, həqiqətən də, bu şirkətin əməkdaşıdır. Lakin rəsmən elan edilib ki, 4 avqustdan o, başqa bir qurumun - "Qimpospezqaz" korparasiyasına rəhbərlik edir. Onun iki qızı var.

 

İrina Dubtsovanı Azərbaycan tamaşaçısına tanıdan və sevdirən "O nyom" (Onun haqqında) mahnısı/anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar