Tanınmış futbolçunun koronavirusa görə ürəyində problem yaranıb
15.01.2022 432 0.0 0

İngiltərənin "Arsenal" klubunun və Qabon millisinin futbolçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yaranıb.

Qabon Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verilir ki, buna 33 yaşlı hücumçunun koronavirusa yoluxması səbəb olub.

Kapitan Afrika Millətlər Kubokunda komandasına kömək edə bilmir.

Qeyd edək ki, Obameyanqın testi yanvarın 6-da müsbət çıxıb. Təcrübəli forvard 2018-ci ildən London təmsilçisinin formasını geyinir. Qabon yığmasından 72 matça çıxan oyunçu 30 qola imza atıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar