Taner Yıldız: Əsas məsələ Türk axınıdı (VİDEO)
16.06.2015 615 0.0 0

Türkiyənin enerji naziri Taner Yıldız Bakıda Rusiya və Türkiyə prezidentləri arasında aparılan müzakirələrin təfərrüatlarını açıqlayıb. 

ANS TV-nin məlumatına görə, o deyib ki, əsas mövzu nüvə enerjisi sahəsində əməkdaşlıq və təbii ki, “Türk axını” layihəsi olub. Nəhayət ki, "Qazprom" Türkiyəyə layihənin koordinatlarını təqdim edib. Bu həftə ərzində isə Türkiyə tərəfi icazələrin verilməsi ilə bağlı müəyyən addımlar atmalıdır. 

Taner Yıldız bir məsələni də xüsusi vurğulayıb. "İndi gündəmdə əvvəldə nəzərdə tutulmuş 4 kəmərdən ibarət xətt deyil, sadəcə bir kəmərdir.
“Türk axını” layihəsinin daha az tutumlu variantı müzakirə olunur". /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar