Tahir Kərimli hüquq-mühafizə orqanlarına müraciət edib
17.02.2022 334 5.0 0

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ölümlə hədələnməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu barədə deputatın qardaşı Fəxrəddin Kərimli məlumat verib.

 

F. Kərimli deyib ki, dünən deputatın Bakı şəhəri, Səbail rayonundakı evinin qapısına ölüm təhdidi yer alan yazılı kağız qoyulub. O, Tahir Kərimlinin gec də olsa, hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.

F. Kərimli hazırda T. Kərimlinin ürəyində problem olduğunu, ona dərman verildiyini deyib.

Qeyd edək ki, T. Kərimli dünən “Facebook” üzərindən canlı yayımda ölümlə təhdid edildiyini bildirib. Daha sonra video onun səhifəsindən silinib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar