Taekvondo üzrə dünya çempionatı üçün Azərbaycanın namizədliyi qəbul olunmayıb
29.01.2022 432 0.0 0

Taekvondo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.

Dünya Taekvondo Federasiyasının rəsmi saytına istinadən verilən məlumata görə, yarış bu il Meksikanın Kankun şəhərində təşkil olunacaq. Sözügedən ölkə tarixində ikinci dəfə mundiala ev sahibliyi edəcək. Burada ilk dünya çempionatı 2013-cü ildə baş tutub.

Meksika ilə yanaşı, daha 2 ölkə yarışı qəbul etmək üçün namizədliyini irəli sürüb. Bunlardan biri Azərbaycan, digər isə Livan olub. Lakin yekun nəticədə 52 faiz səs toplayan Meksika bu hüquqa yiyələnib.

Qeyd edək ki, noyabrda keçiriləcək dünya çempionatında 140 ölkədən 205-dən çox taekvondoçunun iştirakı gözlənilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar