Tərtərdə 24 yaşlı qız avtomobillə vurulub
13.09.2016 560 0.0 0

Tərtərdə piyadanı avtomobil vurub.

 

Məlumata görə, hadisə Tərtər rayonunun dördyol adlanan ərazisində qeydə alınıb. Goranboy rayon sakini, 1992-ci il Hüseynova Dinarə Əsgərxan qızı yolu keçərkən "VAZ 2106" markalı, 02 BC 806 dövlət nömrə-nişanlı maşınla vurulub. Sürücü D. Hüseynovanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

 

Xəstəxanadan bildirilib ki, D. Hüseynova diz və bel nahiyəsindən xəsarət alıb, həyatına təhlükə yoxdur.

 

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar