Təhsillə bağlı neqativ video çəkib ictimailəşdirmək düzgün deyil - Nazir
18.02.2022 266 5.0 0

Gün ərzində 3-4 milyon insanın təhsillə ünsiyyəti olur. Təbii ki, burada insanlar arasında müxtəlif münaqişələr yaşanır. Bunu videoya çəkib ictimailəşdirməklə təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil.

Məlumata görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, azərbaycanlı şagirdlər son illərdə beynəlxalq olimpiadalarda 300-dən çox medal qazanıb. “Amma nədənsə biz onların uğurlarını çəkib paylaşmırıq.

Məncə bizim qəhrəmanlarımız onlardır.

Nadinc uşaqlar, partanın üstünə çıxan uşaqlar təbii ki, problemdir. Amma bu, məktəbin daxili problemi və şagird davranışı məsələsidir. Bunu gündəmin ən vacib mövzusuna çevirmək doğru deyil”, - nazir bildirib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar