Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı
13.05.2017 1429 0.0 0

Lerik rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Məlumata görə, şöbə müdiri Balaşirin Nəsirov işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən çıxarılıb.

Məlumatda bildirilir ki, B.Nəsirovun adı korrupsiyada hallandığı üçün bir müddət əvvəl Təhsil Şöbəsinə yoxlama komissiyası gəlib.

Qeyd edək ki, B.Nəsirov işdən çıxarılaraq rayonun Mastaail kəndinə rus dili müəllimi təyin edilib./Report/


Digər xəbərlər:
Şərhlər
avatar