Süveyş kanalı 2021-ci ildə rekord həcmdə gəlir əldə edib
03.01.2022 619 0.0 0

2021-ci ildə Süveyş kanalının gəlirləri 6.3 milyard dollara çatıb ki, bu da kanalın tarixində ən böyük rəqəmdir.

Məlumata görə, bu barədə kanalın administrasiyasının rəhbəri Usama Rabia bildirib.
Onun sözlərinə görə ötən il kanalın tarixindəki rekord təzələnib. 2020-ci ildə müəssisənin gəliri 5.6 milyard dollar olduğu halda, 2021-ci ildə bu rəqəm 12.8% artaraq 6.3 milyarda yüksəlib.
Ötən il eyni zamanda kanaldan keçən yüklərin də kütləsi 8% artaraq 1.27 milyard tona çatıb. İl ərzində kanaldan 20 965 gəmi keçib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar