Suriyada 6 kənd İŞİD terrorçularından təmizlənib
03.11.2016 519 0.0 0

Türkiyə Silahlı Qüvvələrinin “Fırat kalkanı” (“Fərat qalxanı”) adı altında Suriyada həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində daha 6 kənd terrorçu İŞİD qruplaşmasından azad edilib. 

"Haber-7"yə istinadən xəbər verilir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Terrorçulardan azad edilən 6 kəndə Suriya Azadlıq Ordusu nəzarət edir.

İnformasiyaya görə, 72 gündür davam edən əməliyyatlar nəticəsində 22 terrorçu məhv edilib, Suriya Azadlıq Ordusunun 11 döyüşçüsü yaralanıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar