Suriya ordusu Hələbdə 500 terrorçu məhv edib
30.10.2016 464 0.0 0

Suriya ordusu və könüllülərdən ibarət dəstələr Hələbin cənub-qərbində radikal qruplaşmaların hücumunu dəf edərək 500 terrorçu məhv edib, minədək silahlı yaralanıb.   
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Əl Mayədin” telekanalının məlumatına əsasən, silahlılar oktyabrın 28-də səhər saatlarında Hələbin Əl-Əsəd və 1070 rayonlarına  hücumları zamanı öldürülüblər.   
 
Ötən gün terrorçular Əz-Zəhra məhəlləsində ikinci dəfə hücuma keçiblər. Məlumata görə, burada yerləşən hərbi akademiyanın ətrafında qızğın döyüşlər hələ də davam etdirilir. Terrorçular hücum zamanı minalanmış avtomobillərdən və kamikadzelərdən istifadə edirlər. 


Digər xəbərlər:
Şərhlər
avatar