Sumqayıtda minik avtomobili yük qatarı ilə toqquşub, ölən var
03.11.2016 1149 0.0 0

Sumqayıtda ağır yol qəzası baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 34–cü km-də, Sumqayıt şəhəri ərazisində “VAZ” markalı minik avtomobilin yük qatarı ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvan oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:07-də başa çatıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar