Stratfor: Rusiya Polşa və Türkiyə ilə müharibəyə girə bilər
09.03.2016 596 0.0 0

ABŞ-ın məşhur "Stratfor" araşdırma mərkəzi yeni analiz-hesabatını dərc edib.

Qazeta.info Olke.az-a istinadla xəbər verir ki, ABŞ kəşfiyyat orqanları ilə sıx əlaqədə olan "Stratfor" üçüncü dünya müharibəsinin siqnallarını verib.

Mərkəzin rəhbəri Corc Fridman Yaxın Şərq və Avropada müharibənin başlaması üçün bütün "münbit şəraitin" olduğunu vurğulayıb.

"Biz hesab edirik ki, dünya müharibəyə doğru gedir. Müharibəyə hazır olun", deyə hesabatı şərh edən Fridman bildirib.

Qeyd edək ki, "Stratfor"un hesabatında Rusiyanın Türkiyə və Polşa ilə müharibəyə girişəcəyinin yüksək ehtimalından söhbət açılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar