Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
16.02.2018 793 0.0 0

Fevralın 20-23-də stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək çempionat 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunacaq.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, çempionatda respublikanın şəhər və rayonlarından 120-dən çox idmançı iştirak edəcək. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcələri üzrə yarışlarda Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonların tennisçiləri mübarizə aparacaqlar./Azertac/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar