Stiven Biqen ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən imtina edib
21.08.2019 484 0.0 0

ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd hesab edilən Birləşmiş Ştatların KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqen bu vəzifədən imtina edib.

Bu barədə "Reuters"ə istinadən xəbər verilir.

Məlumata görə, S.Biqen yeni vəzifə tutmaq niyyətində olmadığını, bütün diqqətini Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə yönəltdiyini söyləyib.

S.Biqen həmçinin Pxenyanın danışıqları bərpa etməyə hazır olduğunu açıqladığı anda rəsmi Vaşinqtonun da danışıqlara hazır olduğunu bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar