Şri-Lankada atışma nəticəsində 15 nəfər ölüb
27.04.2019 457 0.0 0

Şri-Lankanın bir müddət əvvəl atışma baş verən şərq hissəsindəki evlərdən birində 6-sı uşaq olmaqla, azı 15 nəfərin meyiti tapılıb.

Qazeta.info "Report"-a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Reuters" məlumat yayıb.

Daha əvvəl kamikadze kəmərlərinin hazırlandığı gizli emalatxanaların aşkar edilməsi üzrə reyd aparılan zaman polis və milli ordu əsgərlərinin naməlum şəxslər tərəfindən atəşə tutulması nəticəsində iki hərbçi və bir dinc sakin həyatını itirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar