Söylü və Moşu illər sonra yenidən eyni səhnədə
19.04.2017 850 0.0 0

Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra eyni səhnəni bölüşüblər. 

Qazeta.info
Axşam.az-ın məlumatına əsasən bildirir ki, aktyorlar yeni layihə çərçivəsində Sumqayıt Dövlət Dram Teatrına dəvət  olunublar. Teatrda A.Bəşirqızı və V.Kərimovun iştirakı ilə "Subaylarınızdan görəsiniz” musiqili komediyası əsasında səhnələşdirilən “Toy olsun”  tamaşası nümayiş edilib. 

Səməni və Seyfi obrazlarını canlandıran xalq artistlərinin çıxışı maraqla qarşılanıb. Vəziyyət komediyası janrında qurulan tamaşada seçim azadlığı, hiylə, xəyanət, ailə münasibətləri, xoşbəxtlik kimi mövzular tamaşaçılara təqdim olunub.
 
Tamaşada  əməkdar artistlər Növrəstə Həşimova, İzaməddin Bağırov, İlahə Səfərova,  Cəlal Məmmədov, aktyorlar Akif Mirzəyev, Oqtay Mehdiyev çıxış ediblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar