Sovet əsgərinin müharibədən əvvəlki və sonrakı şəkilləri amerikalıları heyrətə saldı
24.11.2021 364 0.0 0

Sovet rəssamı Yevgeni Kobıtevin Böyük Vətən Müharibəsindən əvvəl və sonrakı fotoşəkillərinin müqayisəsi “Reddit” sosial şəbəkəsinin amerikalı istifadəçilərini heyrətə salıb.

“War changes you” (“Müharibə səni dəyişir”) başlıqlı nəşrin altında 1.5 mindən çox şərh yazılıb.

Rəssam birinci fotoda müharibə başlamazdan əvvəl, ikincidə isə ondan sonra əks olunub.

İstifadəçilər müharibədən qayıdan gəncdəki qırışların çoxluğu ilə yanaşı onun baxışlarının dəyişməsinə də diqqət çəkiblər.

“Cəmi dörd ilə 19-yaşdan 45 yaşa kimi qocaldı”, “Yuxusuz gecələr, güllə yağışı, dostların ölümü, mərmi zərbəsindən şok, kontuziya. Müharibə dəhşətlidir”, - oxucuların şərhləri belə olub./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar