Son döyüşlərdə itkin düşdüyü bildirilən hərbçilərmizlə əlaqədar araşdırmalara başlayıb
07.04.2016 1914 0.0 0

Bir neçə vətəndaşın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciətinə əsasən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda iştirakları zamanı itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırma işinə başlanıb.
 
Məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından "Azərtac" bildiriblər ki, araşdırmaların nəticələri barədə itkin düşdüyü bildirilən hərbçilərin yaxınlarına və ictimaiyyətə məlumat veriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar