SON DƏQİQƏ-UKRAYNANIN BÖLÜNMƏSİNƏ RAZILIQ VERİLDİ
08.02.2015 1542 0.0 0

Ukrayna tərəfi ölkənin şərqinə xüsusi status verilməsi ilə bağlı təklifi qəbul edib.

Məlumata görə, bu açıqlamanı Fransa xarici işlər naziri Loran Fabius verib.

Nazir bu barədə Münhendə keçirilən təhlükəsizlik üzrə konfransda çıxış edib.

"Biz ukraynalı dostlarımızla bu barədə müzakirələr apardıq. Onlar ölkənin şərqinə xüsusi status verilməsi ilə bağlı təkliflə razılaşıblar", - deyə Fabius bildirib.

Qeyd edək ki, bu gün Pyotr Poroşenko da bununla bağlı açıqlama verib. Poroşenko bildirib ki, o atəşkəsin dayandırılmasına və ölkənin federallaşdırılmasına hər an əmr verə bilər.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar