SON DƏQİQƏ-ERMƏNİ QOŞUNLARI KOMANDİR DAXİL OLMAQLA ÇOXSAYLI İTKİ VERDİ
11.02.2015 659 0.0 0

 

Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur edilib.

Qazeta.info Müdafiə Nazirliyinə istinadən bildirir ki, Düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.
Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb. 
Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var. 
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar