ŞOK: Hitlerin kosmosa göndərdiyi raket qayıdır – Nyu-York MƏHV OLACAQ
29.12.2016 7711 0.0 0

1944-cü ildə nasist Almaniyası tərəfindən kosmosa atılan V-3 raketi yaxın günlərdə ABŞ ərazisinə düşəcək.

“World News Daily Report” saytına istinadən xəbər verilir ki, bu barədə NASA xəbərdarlıq edib.

NASA-nın mütəxəssisi Çarlie Bolden bildirib ki, nasistlərin havaya atdığı V-2 raketi Yerin atmosfer qatını keçib.

“V-3 yaxın günlərdə Yerin atmosfer qatına daxil olacaq və güman ki, ABŞ-ın şərqində bir əraziyə düşəcək. NASA və ABŞ-ın hava qüvvələri hansısa təxliyənin edilib-edilməyəcəyi haqqında məlumat verəcək”, - deyə o bildirib.

V-3 raketləri nasist Almaniyası tərəfindən Londonu vurmaq üçün məşhur alman alimi Verner von Braun tərəfindən təkmilləşdirilən V-2 raketinin modern formasıdır. Raket 21 ton partlayıcı daşıyır./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar