SOCAR həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardım ayırdı
28.12.2015 495 0.0 0

SOCAR da dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardım ayırdı

Qazeta.info SOCAR-a istinadla bildirir ki, 04.12.2015-ci il tarixində təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da birdəfəlik maddi yardım ayırmışdır.
Şirkət prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalamışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar