SOCAR Gürcüstandakı törəməsində payını artırıb
07.07.2017 767 0.0 0

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gürcüstandakı törəməsi olan "SOCAR Energy Georgia" MMC-dəki payını kəskin artırıb.

 

Məlumata görə, bu barədə SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında deyilir.


Sənədə əsasən, 2017-ci ilin mayın 29-da SOCAR törəməsindəki iştirak payını 16,34% artırmağa müvəffəq olub. Əqd SOCAR-a 34 mln. dollar və ya 58 mln. manata başa gəlib. Beləliklə, dövlət şirkətinin "SOCAR Energy Georgia"dakı payı 51%-dən 67,34%-ə yüksəlib. /apa/


Digər xəbərlər:
Şərhlər
avatar