SOCAR-da suya girən dalğıc boğuldu
16.02.2015 860 0.0 0

Qazeta.info Socar-a istinadla bildiri ki, 15 fevral 2015-ci il tarixdə saat 17:00 radələrində Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsinin 5-ci dərəcəli dalğıcı, 1976-cı il təvəllüdlü Kamil Əhmədağa oğlu Umudov “Bulla” yatağındakı 29 saylı özülün yaxınlığında “Şirvan-2” kran gəmisindən verilmiş burazı suyun 12 metr dərinliyində dik dayağa (boruya) bərkitmək üçün “Orion-4” dalğıc gəmisindən suya enib.

Təxminən 5-10 dəqiqədən sonra gəmidəki sığortaedici dalğıc K.Umudovun şərti siqnala cavab vermədiyini görərək suya enmiş və onu suda huşsuz vəziyyətdə tapılıb. K.Umudov gəmiyə çıxarılmış, ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.

Xatırladaq ki, hadisənin baş vermə səbəblərini araşdırmaq üçün müvafiq komissiya yaradılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar