Smitə Rusiyadan cavab gəldi: «Əbləhsən…»
26.12.2015 578 0.0 0

“Yer planetində əbləhlərin paradı davam edir. Və onlara elə eyni yerdən əmrlər verilir”. 

Məlumata görə, bu barədə rus bloger, “Noteru.com” saytının şərhçisi Boris Terexov ABŞ konqressmeni Kristofer Smitin Azərbaycan əleyhinə təqdim etdiyi “Azərbaycanda demokratiya haqqında akt” layihəsini şərh edərkən bildirib. 

Terexov Azərbaycanın ABŞ-ın qəzəbinə tuş gəlməsinin səbəblərini də açıqlayıb: “Əgər indiyə kimi Azərbaycanın ehtiyatlı prezidenti İlham Əliyev dünya qütblüyünə iki namizəd arasında yetərincə istedadla manevr edirdisə, indi o, seçim qarşısındadır… Elə bu günlərdə Azərbaycan rəhbərliyi Rusiyaya öz hava məkanından Suriyaya silah və hərbi texnika göndərmək üçün icazə verib. Bu zaman o, öz qərb tərəfdaşlarının bu məsələdən çəkinməsi barədə tövsiyyələrini vecinə almayıb”. 

 

Boris Terexov - “Noteru.com” saytının şərhçisi

Rus bloger bildirir ki, Kris Smitin layihəsi keçərsə, Azərbaycanın orta və yuxarı səviyyəli rəhbərliyinin və onların ailə üzvlərinin ABŞ-a girişinə qadağa qoyulacaq, ABŞ-ın Azərbaycanla birgə layihələrə maliyyələşməsi dayandırılacaq, rəsmi Bakının bütün beynəlxalq maliyyə və ticarət təşkilatlarında layihələri bloka salınacaq, həmçinin Azərbaycanın və azərbaycanlıların bütün maliyyə aktivləri dondurulacıq. 

Boris Terexovun fikrincə, layihə həyata keçərsə Azərbaycana qarşı sanksiya tətbiq edənlər artacaq: “Amerikalı süzerenin arxasınca “suveren” Kanada, Avstraliya və Böyük Britaniya da Azərbaycan karvanına hürməyə başlayacaq”. Məsələyə Baltikyanı ölkələrin və Polşanın da qoşulacağını bildirən rus bloger vurğulayıb: “Konqressmenlərin fikrincə, Azərbaycan mütləq Karfagenin taleyini yaşamalıdır”. 

"Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya Aktı” layihəsi adlı sənəd Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən anti-Azərbaycan xarakteri və qəbuledilməz sayıldı: “Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub”.

Bu sözləri müəllifi - Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib ki, hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin Konqresə keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur:

“Bu kimi qərəzli addımlar Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər. Əsassız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqlarının qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənədin müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər. Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs olunmuş şəxslərə “siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyil. Multikulturalizm ənənələri ilə dünyaya nümunə olan Azərbaycanda əsrlər boyu müsəlman, pravoslav, katolik, yəhudi və digər dini icmalar dinc və mehriban şəkildə yaşadıqları halda, sənəd layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddia heç bir tənqidə sığmır. Sənəd layihəsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars, TAP/TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən anti-Azərbaycan dairələri ciddi surətdə narahat edir. Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub”. 

 

Kristofer Smit - Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Komissiyasının rəhbəri./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar