Sivilizasiyadan kənarda qalmış qəbilə aşkarlanıb- FOTO
21.11.2016 1574 0.0 0

Təxminən 100 nəfərin yaşaya biləcəyi kiçik kəndin təyyarədən fotosu çəkilib

 

Braziliyanın şimalında Venesuela ilə sərhəddəki Amazon cəngəlliklərində sivilizasiya ilə heç vaxt əlaqəsi olmayan kiçik qəbilə aşkarlanıb. Təxminən 100 nəfərin yaşaya biləcəyi kiçik kəndin təyyarədən fotosu çəkilib. Adıçəkilən qəbilə Yanomamo xalqına aid edilir. Bu xalq təxminən 35 min nəfərdən ibarət bir neçə qohum qəbiləni özündə birləşdirir. Hökumət qəbilənin özünəməxsus həyat tərzinin saxlanılması məqsədilə onlarla əlaqə qurmaq niyyətində deyil./interaztv.com/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar