Şimali Koreya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
21.08.2015 553 0.0 0

Şimali Koreya lideri Kim Çen Inın əmri ilə ölkədə bütün qoşunlar taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə KXDR-nın mərkəzi radiosu məlumat yayıb.

 

Məlumata əsasən, avqustun 21-i yerli vaxtla saat 17:000-dan etibarən Şimali Koreyanın bütün hərbi birləşmələri taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

 

Qeyd edək ki, avqustun 20-də Kim Çen Inın sədrliyi ilə Koreya Xalq partiyası Mərkəzi Komitəsinin iclası keçirilib.

 

Xatırladaq ki, son günlər ərzində KXDR və Cənubi Koreya bir-birlərini ağır artilleriyadan atəşə tutublar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar