Seysulan azad edildi, Qapanlı kəndində həyat normal məcrasına dönür-VİDEO
03.04.2016 1303 0.0 0

 

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında son iki gündə yaratdığı gərginliyə tutarlı cavab aldıqdan sonra cəbhə xəttində nisbi sakitlik müşahidə olunur. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə çoxsaylı itkilərə məruz qalan düşmən bir neçə strateji əhəmiyyətli yüksəkliyi qoyaraq qaçıb. Təmas xətti boyunca baş verən döyüş əməliyyatları dinc əhaliyə ciddi zərər vurub. Cəbhə kəndlərinin sakinləri qocaları və uşaqları düşmən mərmisindən qorumaq üçün bir az aralıdakı yaşayış məntəqələrinə aparsalar da, sabitlik yaranan kimi hamı doğma ocağına dönməyə başlayıb.

 

Qazeta.info APA TV-yə istinadla xəbər verir ki, gərgin döyüşlərdən sonra təmas xəttində vəziyyətin  sabitləşməsi cəbhəboyu məntəqələrdə həyat yenidən normal məcraya qaytarıb. Azərbaycan ordusunun cəbhə xəttinin Tərtər istiqamətində  iki yaşayış məntəqəsini, Füzuli və Cəbrayıl rayonları istiqamətində isə yüksəkliyi erməni işğalçılarından azad etməsi bu istiqamətdə yaşayan yerli sakinləri daha çox sevindirir.

 

Tərtər sakini Alı Əliyev orduya sonadək güvəndiklərini deyib: "Bizim arxamızda elə bir qüvvə durub ki qorxumuz yoxdur. Elə əsgərimizdə onları rədd ediblər köhnə postdan. Uşaqlarla danışırıq, deyir getmişik, çatmışıq Mardakertə. Orduya güvənirəm, heç nə vecimə deyil".

Tərtərin Qapanlı kəndi uzun illərdir güllə yağışı altında yaşamaq məcburiyyətində olan cəbhə kəndlərindən biridir. Azərbaycan Silahlı Qüvvələrinin rayonun erməni işğalı altında olan Seysulan kəndini azad etməsi qapanlıları çox sevindirib.

 

Atışmalar zamanı kəndə atılan mərmilər sakinlərin evlərini, işıq, qaz, su xətlərini sıradan çıxarsa da, Qapanlı sakinləri buna əhəmiyyət vermir. Onlar üçün ən vacib olan Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatıdır.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar