Sevgilisi ilə telefonla danışan avtobus sürücüsü - VİDEO
19.09.2016 2384 0.0 0

İllərdir avtobus sürücülərinin yollarda insanların başına açdıqları oyundan yazılır. Bir qədər müsbət yöndə irəliləyişlər olsa da, hələ də bu sahədə naşı və məsuliyyətsiz sürücülərin olduğunu söyləmək lazımdır. Oxuculardan birinin çəkib göndərdiyi videodakı sürücü də belələrindəndir. Oxucu bildirir ki, metronun "Nərimanov" stansiyasının yaxınlığından başlayaraq bu sürücü Ayna Sultanovanın heykəli olan əraziyə qədər danışdı. Bu müddət ərzində o 3 dəfə telefonla danışıb. Danışıqlardan ikisini uca səslə aparsa da, sonuncu və daha uzun danışdığını alçaq səslə və bir qədər əzilə-əzilə edib. Sanki, kənardan kiminsə eşidəcəyindən qorxurmuş kimi. Videonu göndərən xanım oxucumuz isə bildirir ki, kişilər ancaq bu tərzdə danışığı sevgililəri ilə edirlər./faktxeber.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar