Sergey Lavrovdan Bakını qane edəcək bəyanat (VİDEO)
26.05.2015 834 0.0 0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın baş diplomatı ilə Moskvada görüşüb. Görüş gözlənildiyi kimi iki ölkənin gələcək münasibətlərinin müəyyənləşdirilməsi ilə yanaşı Dağlıq Qarabağ probleminin həlli baxımından diqqət mərkəzində idi. Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı Bakının maraqlarına hesablanmışdı.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvətilə Moskvaya iki günlük səfərə gələn Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı ararsında mətbuata qapalı keçən iki saatlıq görüşün ardından nazirlər jurnalistlərə açıqlama veriblər.

Azərbaycanlı məsləkdaşıyla çox faydalı bir görüş keçirdiklərini deyən Sergey Lavrov, Rusiya-Azərbaycan münasibətləri xaricində beynəlxalq məsələlər, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fikir mübadiləsi apardıqlarını dedi. 

Rusiyalı diplomatın sözlərinə görə, rəsmi Moskva Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri sırasında görür.

“Rusiya hər iki tərəfin qəbul edə biləcəyi razılaşmaların əldə olunması istiqamətində axtarışlara dəstək verməyə davam edəcək. Münaqişənin çox uzandığını heç kəs inkar etmir. Razılaşma üçün real baza var və bunu hamı etiraf edir. İndi bu qarşılıqlı anlayışın konkret məzmuna çevrilməsinə ehtiyac var”, – deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Sergey Lavrovun da dediyi kimi, münaqişənin həlli çoxdan yetişib. Mən onun nikbinliyini bölüşürəm. Biz dünən və bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş müzakirələr apardıq. Xəzər dənizinin hüquqi statusu ilə bağlı da müzakirələrimiz oldu. Azərbaycanın Xəzərinin hüquqi statusu ilə bağlı mövqeyi bir çox məqamlarda Rusiya ilə üst-üstə düşür”, – deyə xarici işlər naziri Elmar Məmmədyarov vurğulayıb.

Mətubata açıqlamalarında xarici işlər nazirləri təxminən üç həftə sonra Azərbaycanda keçiriləcək Avropa Oyunlarına da toxundular. Azərbaycana uğurlar arzulayan Sergey Lavrov dedi ki, bu oyunlarda Rusiyanı geniş tərkibdə həm rəsmi nümayəndə heyəti, həm də idmançılardan ibarət qrup təmsil edəcək.

Elmar Məmmədyarov da iyunun 12-də oyunların açılış mərasimində iştirakı plalaşdırılan Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri çərçivəsində gündəlikdə olan konkret məsələlərin müzakirəsinin planlaşdırıldığı barədə məlumat verdi.

Mətbuata açıqlamadan sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskva səfəri çərçivəsində Rusiya Dumasının sədri Sergey Narışkin və Baş nazirinin müavini Dmitriy Roqozin ilə də görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin Elmar Məmmədyarovun Moskva səfəriylə bağlı bəyanatında deyilir ki, Azərbaycan Rusiya üçün Qafqaz və Xəzər regiyonunda mühüm bir strateji müttəfiqdir. Rusiya ilə Azərbaycan arasında 2014-cü ildə 4 milyard dollardan çox ümumi ticarət həcmi qeydə alınıb ki, bu da bir il əvəllə müqayisədə 16 faiz, yəni indiyə qədər maksimum artım deməkdir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar