Sergey Lavrov: `NATO ölkələri Rusiyanı cilovlamaq üçün səylərini ikiqat artırırlar`
01.03.2022 256 0.0 0

"Silahlanma yarışının qarşısını almaq üçün intensiv işlərə ehtiyac var. NATO-ya üzv dövlətlər bu prinsipə əməl etmək əvəzinə, Rusiyanı cilovlamaq üçün səylərini ikiqat artırır".

Bildirək ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov martın 1-də keçirdiyi mətbuat konfransında deyib.

"Kiyev rejiminin Alyansın orbitinə daxil edilməsi, ona öldürücü silahlar verilməsi, habelə Rusiya sərhədləri yaxınlığında təxribat xarakterli hərbi təlimlər və digər məqamları qeyd etmək kifayətdir. Qərbli həmkarlar indiyədək Rusiyaya hüquqi qüvvəyə malik, uzunmüddətli təhlükəsizlik zəmanətləri verməyə hazır olduqlarını nümayiş etdirməyiblər.

Söhbət NATO-nun daha da genişlənməsindən, o cümlədən Ukrayna və Gürcüstanın alyansa üzv olmayacağına dair “Buxarest formulası”nın imtinasından gedir. Qərb ölkələri əvvəllər SSRİ-nin tərkibində olmuş və Alyansın üzvü olmayan dövlətlərin ərazisində hərbi obyektlərin yaradılmasından imtina etməlidir". - o, bildirib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar