Sekuta: Azərbaycan əla hazırlaşıb (VİDEO)
03.06.2015 596 0.0 0

“Azərbaycan ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına çox yaxşı hazırlaşıb. Bakıda aparılan tikinti quruculuq işləri buna əyani sübutdur”.

ANS TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, hər kəs şəhərdə Avropa Oyunları üçün geniş miqyaslı abadlıq quruculuq işləri aparıldığını görür. "Biz ölkə olaraq idmana çox böyük önəm veriririk. Ona görə də Azərbaycan oyunçuları da olmaqla bu idman yarışında iştirak edəcək hər kəsə uğurlar arzulayıram". /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar