Saxta məktəbli geyimlərinin satışı ilə məşqul olan mağaza aşkarlanıb
03.09.2015 498 0.0 0
 
Qazeta.info İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən bildirir ki, İSN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada aparılan yoxlama zamanı digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunmuşdur.
Belə ki, mağazada "Bakı Tikiş Evi" ASC-yə məxsus "BTE" və "BTE Apparel" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanmış və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.
Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs Vüqar Rzayev barəsində qanunamüvafiq tədbirlər görülür.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar