Saxlanılan şəxs Polis Şöbəsində ölüb
27.03.2017 753 0

Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.
Məlumata görə, rayon sakini 1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.
Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, R. Qarayev ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır./apa/
Digər xəbərlər:
Şərhlər