Salyanda iki gün əvvəl toya gedən şəxsin meyiti tapılıb
26.11.2019 550 0.0 0

Salyan rayonunda sakininin meyiti tapılıb.

Qazeta.info “Report”a istinadla xəbər verir ki, rayonun Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Paşayev Qabil Valeh oğlunun meyiti Yenikənd kəndində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

İlkin məlumata görə, Q.Paşayev iki gün bundan əvvəl həmin kəndə toya gəlib və ondan sonra bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar