Şahbaz Xuduoğlunun ofisindən oğurluq edən şəxslər tutulub
07.11.2016 505 0.0 0

Bakıda oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən dəstə zərərsizləşdirilib.

 

Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirlər nəticəsində saxlanılan dəstə üzvləri - Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri - Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimovdur.

 

Onlardan heroin və tiryək aşkar edilərək götürülüb.

 

Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus "Nəşriyyat evi"ndən 4200 manat pul oğurlamaları, habelə Vüqar Səlimovun sentyabrın 26-da "Qanun Nəşriyyatı” MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması müəyyən edilib.

 

Qeyd edək ki, Vüqar Səlimov "Qanun Nəşriyyatı” MMC-də çap şöbəsində çalışır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar