Sabiq vitse-prezident həbs edildi
08.06.2015 670 0.0 0

İranda Mahmud Əhmədinejadın hakimiyyəti dövründə vitse-prezident vəzifəsində çalışmış Həmid Bakayi həbs edilib.

Məlumata görə, Bakayi bu gün saxlanılıb.

Xatırladaq ki, vitse-prezident vəzifəsi ilə yanaşı o həmçinin Əhmədinejad administrasiyasına rəhbərlik edib. Həbsin səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, bu Əhmədinejad hökumətinin yüksək rütbəli məmurları arasında ilk həbs deyil. Yanvar ayında İranın digər sabiq vitse-prezidenti Məhəmməd Rza Rəhimi beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bundan əlavə, ona qarşı iri məbləğdə maliyyə cəriməsi tətbiq edilib. Hökmün təfərrüatları və cinayətin maddələri barədə isə ictimaiyyətə heç bir açıqlama verilməyib. Siyasi rəqibləri sərt xarici siyasət xətti ilə seçilən sabiq prezident Mahmud Əhmədinejadın başçılıq etdiyi hökuməti irimiqyaslı korrupsiyada dəfələrlə ittiham edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar