Sabiq Baş nazir korrupsiyada ittiham edilərək həbs olundu
27.11.2019 90 0.0 0

Perunun sabiq Baş naziri Sezar Villanueva korrupsiyada ittiham edilərək həbs olunub.

TASS-a istinadən xəbər verilir ki, bu barədə “Twitter” də respublikanın baş prokuroru məlumat yayıb.

"Baş Prokurorluq sabiq Baş nazir Cesar Villanuevanın ilkin həbsini həyata keçirib”deyə, özünün “Twitter” hesabında yazıb.

Bundan əlavə, ölkənin nəzarət orqanlarının iki yüksək vəzifəli məmuru və bu işlə əlaqəli olan iş adamı saxlanılıb. Onlar qanunsuz himayədarlıqda ittiham olunur.

Həbslə yanaşı, məhkəmə hüquq-mühafizə orqanlarının əməkdaşlarına siyasətçinin evində axtarış aparmağa da icazə verib. /Report/


Digər xəbərlər:
Şərhlər
avatar