Sabahdan bu yol bağlanır (XƏRİTƏ)
09.06.2015 868 0.0 0

Sabahdan Bakıda bağlanacaq yollar açıqlandı. 

Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakı 2015 kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar olaraq 10-14 iyun tarixləri arasında Bilgəh qəsəbəsində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

10 və 11 iyunda saat 05:00-dan 14:00-a, 13 iyun saat 08:30-dan 18:30-a, 14 iyunda saat 08:30-dan 19:00-a kimi Zağulba yolu, Bakı Dairəvi II yolu bağlanacaq. 

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar, vaxtlar və alternativ yollar haqqında məlumatlar aşağıdakı xəritə qeyd olunub.

Xatırladaq ki, I Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də olacaq./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar