Sabah döyüş meydanında qalmış meyitlərin axtarışı olacaq
18.04.2016 445 0.0 0

Düşmən tərəfi razılşamanın şərtlərini növbəti dəfə pozmağa çalışır. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan mətbuatının qoşunların təmas xəttində guya Azərbaycan tərəfindən təxribat törədilməsi və cəbhənin şimal istiqamətində 2 erməni hərbçisinin yaralanmasına dair yaydığı məlumatlar hərbi əməliyyatların dayandırılması barədə razılığın kobud sürətdə pozulmasına hesablanıb.

Belə ki, beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığa əsəsən, döyüş meydanında qalmış meyitlərin axtarılaraq çıxarılması prosesi aprelin 19-da səhər saatlarında məhz cəbhənin həmin hissəsində həyata keçirilməlidir.

Bu kimi məlumatları yaymaqla qarşı tərəf razılaşmanın şərtlərini növbəti dəfə pozmağa, adlarını açıqlamadıqları itkilərini gizlətməyə və prosesləri uzatmaq üçün zəmin yaratmağa çalışır.

"Düşmən tərəfindən məqsədyönlü şəkildə yayılan bu xəbərin əsası yoxdur. Ötən sutka ərzində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir əməliyyat fəaliyyəti həyata keçirilməyib. Qoşunlarımız yalnız atəşkəs rejimini pozan düşmən bölmələrinin mövqelərinə cavab zərbələri endirib.
Xəbərdə yer alan erməni hərbçilərinin yaralanması hadisəsinin isə intizamsızlıq və qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verdiyi məlum olub"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar