Sabah bu ərazilərdə su olmayacaq
29.08.2016 854 0.0 0

Sabah Bakının Yasamal rayonun bəzi küçələrində suyun verilişi dayandırılacaq.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C. Hacıbəyli, Ü. Bünyadzadə, Dəmirçizadə, F. Əsədov, C. Zeynalov, Q. Pirimov, Mərdanov qardaşları, S. Vurğun küçələri ətrafında olan ərazilərə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir./apa/


Digər xəbərlər:
Şərhlər
avatar