Sabah bu ərazilərdə qaz olmayacaq
24.11.2016 1405 0.0 0

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Qazeta.info SOCAR-a istinadla xəbər verir ki, noyabrın 25-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar