Sabah bu rayonlarda qaz olmayacaq
14.02.2017 1266 0.0 0

Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.

Qazeta.info "Azəriqaz" İB-nin məlumatına istinadla bildirir ki, fevralın 15-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin balansında olan “Otuzikilər”, “Qaracalar”, “Saatlı”, “Axundov”, “İmişli” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Təmir müddətində İmişli və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Sabirabad rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar