Sabah Bakının bəzi əraziləri qazsız qalacaq
04.08.2015 586 0.0 0

Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq
                               
                               
Qazeta.info bildirir ki, bu haqda Dövlət Neft Şirkətinin məlumatında qeyd olunub.

Məlumata görə, avqustun 5-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, “Zirə-3”, “Dübəndi sobaları” və “28 May”, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Quba” Qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan, eləcə də Pirallahı rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Quba rayonunun qaz təchizatına təsir göstərməsi də mümkündür. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar