Sabah Bakıda yeni zavodun təməli qoyulacaq
01.11.2016 920 0.0 0

Bakı şəhərinin Pirallahı Sənaye Parkında noyabrın 2-də Azərbaycan İnvestisiya Şirkəti və Rusiyanın “R-Farm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulacaq. 

Məlumata, bunu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

"Azərbaycanın “Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib. “Azersun Holding” Krasnodar vilayətində 8 mln. dollarlıq meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabrikini tikib" - nazir deyib.

O bildirib ki, bununla yanaşı, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir: “Karvan-L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” şirkətinin tikintisi və təchizatı, Dağıstanda isə təqribən 1,5 mln. dollar dəyərində “Anji” İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb. “Mətanət A” şirkəti isə Krasnodar vilayətində 33 mln. dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb."/report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar