Sabah bəzi yaşayış məntəqələrində təbii qaz məhdudlaşdırılacaq
13.08.2015 542 0.0 0

Hacıqabul Magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq
                               
                               
Qazeta.info Dövlət Neft Şirkətinin məlumatına əsasən bildirir ki, avqustun 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Talıstan” və “İvanovka” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində İsmayıllı rayonunun Talıstan və Talış kəndlərinin, həmçinin İvanovka qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İsmayıllı rayonunun bəzi hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar