Saakaşvili hakimiyyətdə olan oliqarxlardan danışdı
12.09.2015 523 0.0 0

"Ukraynanı oliqarxlar idarə edir"

Məlumata görə bunu Odessanın qubernatoru Mixail Saakaşvili Kiyevdə keçirilən 12-ci Yalta Avropa strateqiyası (YES 2015) toplantısında bəyan edib.

Saakaşvili Ukraynanı səhmdar cəmiyyətlə müqayisə edərək ölkənin rəsmi bölmələr deyil oliqarxlar tərəfindən idarə edildiyini iddia edib.

“Bizdə əslində qanunsuz bir paralel hökümət fəaliyyət göstərir. Ölkəni sanki paralel sistem idarə edir və bu sistemdə krizis dövründədir. Bununlada bu sistem krizisdədir, digər sistem krizisdədir, dövlət qulluğu krizisdədir və indi biz anlamalıyıq ki hardayıq”.

 

M.Saakşvilinin YES 2015-də çıxışı


Daha əvvəl Mixail Saakaşvilinin Ukraynanın Baş naziri vəzifəsinə keçiriləcəyi haqda məlumat yayılmışdı. Hazırda ölkə prezidentinin saytındı fəallar Saakaşvilinin Baş nazir təyin edilməsinə dair imzalar toplama kampaniyasına start veriblər.
Bunnan əlavə Ukrayna KİV-də məlumat yayılıb ki ölkənin hazırki Baş naziri Arseni Yatsenyukun yerinə Maliyyə naziri Natalya Yaresko təyin edilə bilər, Saakaşvili isə xanım Yareskonun müavini olacaq. Lakin Ukrayna hakimiyyəti hələlik bu məsələni rəsmi şərh etmir.

12-ci Yalta Avropa Strateqiyası toplantısında Odessanın qubernatoru Mixail Saakaşvili  müxbirinə eksklüziv müsahibə verib. Yaxın günlərdə həmin müsahibəni oxucularımıza təqdim edəcəyik./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar