Saakaşvili brifinqdə Poroşenkonu rüsvay etdi - Video
07.11.2016 922 0.0 0

Ukrayna Prezidenti Pyotr Poroşenko Odessadakı korrupsioner klanları şəxsən dəstəkləyir.

 

Məlumata görə, bunu Odessanın bu gün istefa verən qubernatoru Mixail Saakaşvili keçirdiyi brifinqdə söyləyib. Onun sözlərinə görə, ölkə başçısı iki klanı dəstəkləyərək, Odessa vilayətini Ukraynanın düşmənlərinə verir:

 

“Dövlət orqanlarına gələn yeni, gənc məmurlar tam müdafiəsiz qalıblar. Ona görə ki, Kiyev onların üzərinə Presmanovları, Qonçarenkoları göndərir. Prezident Odessada iki korrupsioner klanı şəxsən dəstəkləyir. Bunlardan birincisi quldur, 90-cı illərin cinayətkarı olan Odessa meri Gennadi Truxanov, digəri isə Odessa Vilayət Şurasının sədri Anatoli Urbanskinin “İzmailski” korrupsioner klanıdır. Bütün vilayəti onlara və onların separatçı müttəfiqləri olan “Bizim diyar” təşkilatına veriblər. Qoy onlar məndən canlarını qurtardıqlarını düşünməsinlər. Mən bacardığı qədər gedən, daha sonra isə lazım olan qədər irəliləyən əsgərəm. Mübarizə davam edəcək”.

 

"Mən kloun kimi dünyanı özümə güldürərək çadırlarda oturdum. Bundan sonra Poroşenko və Yanukoviç arasında fərq yoxdur. Ukraynalıları kim soyur – Enakiyevski, yaxud Kononenko, fərq etməz”, - Saakaşvili çıxışında deyib./axar.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar